Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Son çempion “Real” bu dəfə doğma meydanda “Osasuna”nı 4 cavabsız qolla məğlub edib. “Vilyarreal” isə “Alaves”i böyük hesabla məğlub edib. “Leqanes” də “Sevilya”nı tək qolla məğlub yola salıb.
13-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək. Bu turun “Espanyol” – “Valensiya” oyunu İspaniyadakı daşqınlar səbəbindən təxirə salınıb.
İspaniya, La Liqa
13-cü tur
8 noyabr
Rayo Valyekano – Las Palmas 1:3
Qollar: Makkenna, 90+2 – F.Silva, 6. A.Hernandes, 62-öz qapısına. Fuster, 66.
9 noyabr
Real – Osasuna 4:0
Qollar: Vinisius, 34; 61; 69. Bellingem, 42.
Vilyarreal – Alaves 3:0
Qollar: Akomaç, 38. Parexo, 81-pen. Komesana, 90.
Leqanes – Sevilya 1:0
Qol: De la Fuente, 82-pen.
10 noyabr
17:00. Betis – Selta
19:15. Malyorka – Atletiko
21:30. Xetafe – Jirona
21:30. Valyadolid – Atletik Bilbao
00:00. Real Sosyedad – Barselona