"Neftçi"nin iki əcnəbi futbolçusu milliyə çağrılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Edvin Kuç Monteneqro millisinin İslandiya və Türkiyəyə qarşı matçları, Kilan Lebon isə Seint Martin yığmasının Kurasao və Qrenadaya qarşı görüşləri üçün seçmə komandaya dəvət alıb.