AZ

Qvardiola ilk dəfə bu vəziyyətə düşdü

İngiltərə Premyer Liqasının 11-ci turunda səfərdə "Brayton"a 1:2 hesabı ilə uduzan "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiola məşqçilik karyerasının antirekorduna imza atıb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis peşəkar məşqçilik fəaliyyəti dönəmində ilk dəfə ardıcıl 4 oyunda yenilgi acısı dadıb.

MS son 4 məğlubiyyətini 3 fərqli turnirdə alıb. "Şəhərlilər" İngiltərə Liqa Kubokunda "Tottenhem"ə (1:2), çempionatda "Bornmut" (1:2) və "Brayton"a (1:2), Çempionlar Liqasında isə "Sportinq"ə (1:4) boyun əyiblər.

Nihat

Seçilən
1
fanat.az

1Mənbələr