AZ

Güney Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti fəalı İran prezidenti ilə görüşdü - FOTO

Dünən Güney Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti fəalı İran prezidenti Məsud Pezeşkianla bir araya gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Araz News” Teleqram kanalı yazıb.
 

Məlumata görə, görüşdə Təbriz İES-in çirkləndirmə problemi və həlli, Təbrizdə ikinci neftayırma zavodunun yaradılması, Təbriz-Zəngan avtomobil yolunun bərpası, bölgədə dövlət və özəl sektor investisiyalarının icrası məsələləri müzakirə edilib. 


Eyni zamanda, fəallar qanun layihələrinin hazırlanmasında ölkədəki hüquq institutlarının rəhbərlərinin potensialından istifadə edilməsi ilə bağlı təklif irəli sürüb, mədəni-ədəbi və incəsənət məsələlərinə diqqət yetirilməsinə, eləcə də Güney Azərbaycan Musiqi Konservatoriyasının yaradılmasına çağırış ediblər. 


Bizim.Media

Seçilən
42
1
bizim.media

2Mənbələr