AZ

Azərbaycan yığması üçün Qəbələ - Stokholm marşrutu

Millimizin hazırlıq planı bəlli olub.

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Yığmamız Millətlər Liqasında mövsümün son iki oyununa hazırlığa noyabrın 11-də start verəcək. Millimiz həmin gün toplaşacaq və Qəbələdə hazırlıq keçəcək.

Estoniya ilə oyunöncəsi son məşq noyabrın 15-də, saat 11:30-da Qəbələ şəhər stadionunda baş tutacaq. Komanda matçdan bir gün sonra – noyabrın 17-də, saat 16:00-da İsveçin paytaxtı Stokholma yollanacaq.

Baş məşqçi Fernandu Santuş futbolçuları noyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da "Strouberri Arena"da İsveç yığması ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz qarşılaşmanın ardından Bakıya qayıdacaq.

Azərbaycan millisi C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də "Strouberri Arena"da İsveçlə qarşılaşacaq.

Seçilən
27
sportinfo.az

1Mənbələr