AZ

DƏHŞƏT! İtlər qadını parçalayaraq öldürdü

Tatarıstanda it yerli sakini parçalayaraq öldürüb. 

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin İstintaq İdarəsi məlumat yayıb. Hadisə Samosırovo kəndində baş verib.

48 yaşlı Pyateroçka işçisi səhər işə çıxıb. İlkin məlumata görə, qadın qısa yoldan istifadə edərək istehsalat bazasından keçmək qərarına gəlib. O, mağazaya çatmayıb və axşam evə qayıtmayıb. Axtarışlara başlayan yaxınları qadını parçalanmış halda boş ərazidə tapılıb. Onu xilas etmək mümkün olmayıb. Rus qadına bazanın ərazisində yaşayan itlər hücum edib. Onun bədənində çoxsaylı dişləmələr aşkar edilib, qurbanın paltarları cırılıb, bədəninin bəzi hissələri sümüyə qədər dişlənib.

Faktla bağlı cinayət işi başlanıb.

Seçilən
14
4
konkret.az

5Mənbələr