AZ

MLS Kuboku: Messinin qolu komandasına kömək etmədi

"İnter Mayami" və "Atlanta Yunayted" arasında MLS Kubokunun 1/8 final mərhələsinin üçüncü pley-off oyunu baş tutub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Mayamidəki "DVR Stadium"da keçirilən matçda qonaqlar 2:3 hesabı ilə qalib gəliblər.

Oyunun 65-ci dəqiqəsidə argentinalı hücumçu Lionel Messi fərqlənərək hesabı 2:2-yə çatdırıb və karyerasındakı 850-ci qolunu vurub. Lakin bu, onun komandasını məğlubiyyətdən xilas etməyib.

Beləliklə, üç görüşdən sonra "Atlanta Yunayted" MLS Kubokunun 1/4 finalına yüksəlib.

Xatırladaq ki, ilk oyunda "İnter", ikinci matçda isə "Atlanta" eyni hesabla (2:1) qalib gəlib.

Milli.Az

Seçilən
33
milli.az

1Mənbələr