Qətər İsrail və Fələstinin Həmas hərəkatı arasında Qəzza zolağında atəşkəsin bağlanması üçün aparılan danışıqlarda vasitəçiliyi dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcidə əl-Ənsari bildirib.
Onun sözlərinə görə, bəzi KİV-lərdə Qətərin Qəzza danışıqlarında vasitəçilikdən çıxması ilə bağlı yayılan xəbərlər reallığa uyğun gəlmir.
“Qətər son razılaşmaya nail olmaq cəhdləri zamanı tərəflərə on gün öncədən xəbərdarlıq edib ki, əgər danışıqların həmin raundunda razılıq əldə olunmazsa, HƏMAS və İsrail arasında vasitəçilik səylərini dayandıracaq”, – bəyanatda deyilir.
Onun sözlərinə görə, tərəflər münaqişəyə son qoymaq üçün “hazırlıq və ciddilik nümayiş etdirdikdə” Qətər tərəfdaşları ilə bu səyləri bərpa edəcək.