ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp vəd edilmiş saziş çərçivəsində Ukraynanı Rusiyanın yeni regionlarını tanımağa məcbur edəcək.
NOCOMMENT.az xəbər verir ki, bunu NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı CNN telekanalına müsahibəsində deyib.
“Düşünürəm ki, Tramp hər iki tərəfi danışıqlar masasına oturmağa sövq edəcək… əslində (Rusiya – RT) son nəticədə indi tutduqlarını özündə saxlayacaq”, – RİA Novosti onun sözlərindən sitat gətirir.
Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Tramp və Zelenski arasında dialoqun artıq qurulduğunu bəyan edib.
Bloomberg-in məlumatına görə, Ukrayna Zelenski ilə Tramp arasında görüş üçün planlar hazırlayır.