Məğlubiyyət tanımayan UFC döyüşçüsü Şara Bullet (Şarabutdin Maqomedov) növbəti döyüşünü hansı rəqibə qarşı keçirmək istədiyini deyib.
Fanat.Az xəbər verir ki, dağıstanlı idmançı "YouTube" üzərindən yayımlanan "Red Corner MMA" kanalına müsahibəsində braziliyalı Paulo Kosta və britaniyalı Maykl Peyc arasında seçim edib:
"Onların ikisi ilə də üz-üzə gəlmək istəyərdim. Kosta sabit olmadığı üçün daha çox Peyclə dalaşmaq yerinə düşər. Paulo çox vaxt döyüşlərə çıxmır. Qarşılaşmanı gözləməyi sevmirəm. Mənim üçün döyüş bayramdır. Döyüş olmayanda bayram korlanır.
Peyc həvəsli oğlandır. Onun Las-Veqasda keçirilən UFC 303 turnirində İan Harri ilə görüşünü izləmişəm. Çox maraqlı oğlandır. Mən ondan mentallıq baxımından fərqlənirəm. Çünki mən doğulduğum yerdə döyüşçülər doğulur. İstənilən döyüş mənim üçün böyük hadisədir. Amma o, arxayındır".
Nihat