AZ

“Taliban”ın nümayəndə heyəti də BMT-nin iqlim konfransında iştirak edəcək - İLK DƏFƏ

“Taliban” nümayəndə heyəti ilk dəfə Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.

“Agence France-Presse” (AFP) bildirir ki, bu barədə Əfqanıstan XİN-in mətbuat katibi Əbdül Qahar Balxi məlumat verib.

“Əfqanıstan hökumətinin nümayəndə heyəti Bakıda olacaq”, – XİN rəsmisi deyib.

Xatırladaq ki, gələn həftə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayacaq. Tədbirdə Konvensiya tərəflərindən təxminən 80 dövlət və hökumət başçısının iştirakı gözlənilir.

Seçilən
2
16
korrespondent.az

10Mənbələr