Klubların dünya reytinqi açıqlanıb.
Apasport.az xəbər verir ki, İFFHS-in tərtib etdiyi siyahıda planetin 507 ən yaxşı komandası yer alıb.
Azərbaycan cədvəldə üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ” 167,25 xalla dünyada 72-cidır. Qurban Qurbanovun komandası ötən ayla müqayisədə 12 pillə geriləyib.
18 rəqibini özündən irəli buraxan “Zirə” 94,25 xalla 219-cu yerdədir. 59,50 xala malik “Sabah” da geriləyib. 12 pillə aşağı düşən Bakı təmsilçisi 423-cüdür.
Qeyd edək ki, cədvələ 414 xala malik “Real” başçılıq edir.
“Kəpəz” “Sabah” səfərində 1 xal qazandı - YENİLƏNİB
Kurban Berdıyev: “Bu gün iki xal itirdik”
Elvin Məmmədov: “Bir xal bizi sevindirir”
Bayılda qollu bərabərlik - YENİLƏNİB
Millimizin baş məşqçisi istefa verdi - Özəl