AZ

Taliban rəsmiləri də COP29-da iştirak edəcəklər – “Reuters”


Taliban rəsmiləri gələn həftə Bakıda öz işinə başlayacaq Birləşmiş Millətlər Təşkilatının böyük iqlim konfransında (COP29) iştirak edəcəklər.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyindən bildirilib.
Bildirilir ki, Azərbaycanın paytaxtı Bakıda keçiriləcək COP29 iqlim sammiti  Taliban rəsmiləri Kabildə nəzarəti ələ keçirdikdən sonra onların qatıldığı ən yüksək səviyyəli çoxtərəfli tədbirlərdən biri olacaq.
Qeyd olunur ki, Əfqanıstan hökuməti BMT-yə üzv dövlətlər tərəfindən rəsmi olaraq tanınmır, bu da əsasən Talibanın qadınların təhsilinə və hərəkət azadlığına məhdudiyyətlər qoyması ilə bağlıdır.
Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Abdul Qahar bildirib ki, Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəsmiləri COP29 konfransında iştirak etmək üçün Azərbaycana gəliblər.
Məsələ ilə tanış olan diplomatik mənbə “Reuters” agentliyinə bildirib ki, ev sahibi Azərbaycan Əfqanıstanın ətraf mühit agentliyinin rəsmilərini COP29-a müşahidəçi qismində dəvət edərək, onlara “potensial olaraq periferiya müzakirələrində iştirak etməyə və potensial olaraq ikitərəfli görüşlər keçirməyə” imkan verib.
Seçilən
22
yeniavaz.com

1Mənbələr