Portuqaliyalı Joze Mourinyo yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.
İdman.biz xəbər verir ki, bu iddia ilə "The Guardian" çıxış edib.
Bildirilib ki, “Nyukasl”ın baş məşqçisi Eddi Hou komandadan ayrılacağı halda, Mourinyo bu postu hədəfləyib. O, Premyer Liqada “yarımçıq işi”ni tamamlamaq arzusundadır.
Joze İngiltərədə “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem” klublarını çalışdırıb.
Qeyd edək ki, Mourinyo hazırda “Fənərbaxça”nın baş məşqçisidir.
İdman.biz