AZ

Qəzzada döyüşlər zamanı 188 jurnalist həlak olub

Qəzza zolağında davam edən hərbi əməliyyatlar zamanı ən azı 188 jurnalist həlak olub. Bu barədə Livanın Al Mayadeen telekanalı Fələstin anklavının hökumətinə istinadən xəbər verir.

Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, 2023-cü ilin oktyabrında Fələstin-Israil münaqişəsinin gərginləşməsindən sonra Qəzza zolağında həlak olan jurnalistlərin sayı 188-ə çatıb.

Qətərin «Al Jazeera» telekanalı noyabrın 3-də Qəzza zolağında həlak olmuş 182 jurnalist haqqında məlumat verib. Telekanal həmçinin media işçilərinin çoxunun bütün ailə üzvləri ilə birlikdə öldürüldüyünü bildirib.

Oxuməni.az

Seçilən
21
12
oxumeni.az

10Mənbələr