Kanadada ilk dəfə olaraq insanda H5 quş qripi virusuna yoluxma ehtimalı qeydə alınıb.
Bu barədə məlumat Britaniya Kolumbiyası hökumətinin saytında yer alıb.
Xəstənin yeniyetmə olduğu və lazımi müalicə aldığı qeyd edilir. İnfeksiyanın mənbəyi və xəstənin təmasda olduğu şəxslər dəqiqləşdirilir.
Əvvəllər Rospotrebnadzorun rəhbəri Anna Popova bildirib ki, Rusiyada quş qripinin yayılma riski yüksək olaraq qalır.
Oktyabrın sonunda Kamçatkada yeganə quşçuluq fermasında quş qripi ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edilib.
DOĞRU.AZ