AZ

Filippo: “Bu, oğurluq, Rusiya ilə müharibə və dəhşətli qisas deməkdir!”

Vladimir Zelenskinin Rusiyanın dondurulmuş suveren aktivlərinin Kiyevə verilməsi tələbinin yerinə yetirilməsi Moskvanın güclü cavabı ilə nəticələnə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot bildirib.

Siyasətçi X sosial şəbəkəsində qeyd edib ki, Zelenski Aİ-dən ona “dondurulmuş 300 milyard Rusiya aktivini” ödəməyi tələb edib.

“Bu, oğurluq, Rusiya ilə müharibə və dəhşətli qisas deməkdir!” – deyə Filippo vurğulayıb.

Eyni zamanda, fransalı siyasətçi Zelenskini dayandırmağa, həmçinin Kiyev rejiminin maliyyələşdirilməsini mümkün qədər tez dayandırmağa və Ukraynadakı münaqişədə iştirakdan imtina etməyə çağırıb.

Seçilən
21
nocomment.az

1Mənbələr