400 gündür Qəzza zolağında saxlanılan girovlara dəstək məqsədilə İsrailin müxtəlif şəhərlərində nümayişlər keçirilir.
Bu barədə “The Jerusalem Post” yazır.
“İsrail boyu etirazçılar şənbə gecəsi küçələrə axışaraq İsrail hökumətindən girovların azad edilməsi üçün razılığa gəlməsini tələb ediblər”, – xəbərdə deyilir.
Qeyd olunur ki, Təl-Əvivdə minlərlə insan nümayiş keçirib.
Bundan əlavə, “The Jerusalem Post”un məlumatına görə, Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahunun iqamətgahı yaxınlığında keçirilən etiraz aksiyasında 3 nəfər saxlanılıb. Hayfada daha bir etirazçı saxlanılıb.
DOĞRU.AZ