“Bu, onun fikridir. Amma Azərbaycan futbolunun bu vəziyyətdə olmasının günahkarı veteranlar deyil”.
QOL.az xəbər verir ki, Futbolxeber.az saytına açıqlamasında bu sözləri veteran futbolçu, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov AFFA-nın vitse-prezidenti Balakişi Qasımovun bu günlərdə verdiyi müsahibədə futbolumuzun hazırkı durumda olmasına görə veteran futbolçuları günahlandırmasına münasibət bildirərkən deyib.
İ.Cavadov bildirib ki, veteranlar heç vaxt ölkə futboluna rəhbərlik etməyiblər: “Balakişi müəllimin fikirləridir, nə deyim... Özü bilər. Ancaq mən hesab edirəm ki, bizim günahımız yoxdur. Çünki biz veteranlar heç vaxt futbola rəhbərlik etməmişik”.