Azərbaycanın yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa birinciliyini 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.
Fanat.Az xəbər verir ki, turnirin son günündə yığma üzvləri daha iki mükafat əldə ediblər.
Taekvondoçumuz Novruz Əliyev (45 kq) bütün rəqiblərini üstələyərək Avropa çempionu adını qazanıb.
Millimizin üzvü Anar Abdullazadə (37 kq) gümüş medala sahib çıxıb.
Yarışın ilk iki günündə Gülay Əliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) bürünc medal qazanmışdılar.
Qeyd edək ki, turnirdə Azərbaycanın oğlanlardan ibarət komandası ümumi hesabda üçüncü pillədə qərarlaşıb.