AZ

Moskvaya dron hücumu: Yaralanan var

Moskvanın Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin enişi və uçuşuna qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
 
Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin Mətbuat Xidmətinin "Telegram" kanalında məlumat verilib.
 
Bildirilib ki, müvəqqəti məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyıb. Qeyd olunur ki, məhdudiyyətlər zamanı 36 reys alternativ aerodromlara yönləndirilib.
 
11:48
 
Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə qüvvələrinin Moskvaya doğru uçan 22 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib.
 
O, bu barədə özünün "Telegram" kanalında yazıb.
 
Bildirilir ki, PUA-lar Ramenskoye, Domodedovo və Kolomna üzərində vurulub.
 
Federal Hava Nəqliyyatı Agentliyi uçuş təhlükəsizliyini təmin etmək üçün Domodedovo və Jukovski hava limanlarının fəaliyyətini məhdudlaşdırıb.
 
Məlumata görə, dronların qalıqlarının yerə düşməsi nəticəsində iki fərdi yaşayış evi yanıb. 52 yaşlı qadın yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

 

Seçilən
42
1
moderator.az

2Mənbələr