AZ

''Alkmaar'' ''Fənərbaxça''nı 200 min avro ilə məğlub etdi

Avropa Liqasının əsas mərhələsinin 4-cü turunda ''Alkmaar''ın ''uşaq-muşaqla'' Joze Mourinyonun ulduzlarla dolu olan ''Fənərbaxça''sını məğlub etməsi müzakirə olunmaqda davam edir.

Oyundan öncə İstanbul nəhəngi daha şanslı görünürdü. Çünki Niderland təmsilçisinin heyətlə bağlı ciddi problemləri var idi. Üstəlik psixoloji cəhətdən yaxşı durumda olmayan ''Alkmaar'' son 7 rəsmi oyundan 1 heç-heçə, 6 məğlubiyyətlə ayrılmışdı. Amma bütün bu məqamlara və orta yaş həddi 23-ə bərabər olan heyətlə oynamasına baxmayaraq ''Alkmaar'' 3:1 hesablı qələbə ilə çoxlarını təəccübləndirdi.

Bu arada türkiyəli həmkarlarımız ''Fənərbaxça''ya qol vuran futbolçuların ''Alkmaar''a neçəyə başa gəldiyini və illik qazancını araşdırarkən şoka düşüblər. Niderland klubunun heyətində qolları 18 yaşlı Kees Smit, 20 yaşlı Ro-Zangelo Daal və 22 yaşlı Denso Kasius vurdu. İlk iki oyunçu ''Alkmaar''ın akademiyasında yetişib. Smit illik 12 min avro, Daal 45 min avro qazanır. Kasius isə komandaya 2023-ün yayında azad agent statusunda qoşulub. Onun illik qazancı isə 144 min avrodu.

Başqa sözlə desək, ''Fənərbaxça''ya qol vuran 3 futbolçunun ümumilikdə illik qazancı cəmi 201 min avrodu!Müqayisə üçün deyək ki, bu matçda ''Fənər''in yeganə qolun vurmaqla yanaşı həm də penalti qaçıran Ən-Nəsirinin illik qazancı 4 milyon avrodu.

ƏLİ

Seçilən
39
football-plus.az

1Mənbələr