AZ

Qocalar evində qalmaqallı görüntülər! Kişi tibb bacısı əlil yaşlı qadına cinsi təcavüz edib...QIZI İZLƏDİ

Çinin Anhuy bölgəsində yaşanan qalmaqal ölkədə gündəm mövzusuna çevrilib.
 
Moderator.az  xəbər verir ki, Vuong adlı qadın qocalar evində cinsi təcavüzə məruz qaldığını və o anları saniyə saniyə təhlükəsizlik kamerasında gördüyünü söyləyərək anasını polisə xəbər verib. Belə ki, Çinin Anhui bölgəsində yaşayan Vuong adlı gənc qadın kar və lal olduğunu söylədiyi 54 yaşlı anasını ona baxa bilmədiyi üçün şəhərdəki qocalar evinə göndərib. O, anasının vəziyyətinə nəzarət etmək üçün onun şəxsi otağına kamera quraşdırıb. Anası qocalar evinə girəndən az sonra otağındakı kamerada daimi problemlər yaranıb. Əvvəlcə Vuong bunun avadanlığın nasazlığı ilə bağlı olduğunu düşündü, ona görə də dəyişdirməyi tövsiyə edib. Lakin sonrakı altı ay ərzində anasının otağındakı kamera dəfələrlə xarab oldu və dörd dəfə dəyişdirilməli oldu.
 
O, anasının yanına gedəndə anasının qeyri-adi psixoloji əlamətlərinin olduğunu görüb. Gözlərində həmişə qorxu və çaxnaşma var idi, xüsusən də kişi heyəti görəndə. Lakin əlilliyi və bir çox başqa səbəblərə görə başına gələnləri qızına danışa bilməyib.
 
Anasının otağındakı kamera qeydlərini qocalar evindən tələb edən Vuonq görüntüləri araşdıranda şoka düşüb və anasının kişi işçi tərəfindən təcavüzə və cinsi təcavüzə məruz qaldığını görüb. O, vəziyyəti polisə xəbər verib və hadisə ilə bağlı araşdırma başlayıb.
Seçilən
37
moderator.az

1Mənbələr