AZ

Barak Obama adaya çəkilir

ABŞ-ın keçmiş prezidenti Barak Obama Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsindən sonra siyasi səhnədən itəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə bioqraf Devid Qarrou deyib.

“Mən Obama və ailəsinin yanvarın əvvəlindən başlayaraq Vaşinqtonda daha az vaxt keçirəcəyini gözləyirəm”, - ekspert bildirib.

Onun fikrincə, Obama siyasi səhnədən xeyli uzaqlaşacaq, məşhurlarla vaxt keçirəcək, Massaçusets ştatı sahillərində, milyonçu Marta Vinyard adasında yaşayacaq.

“Onlar heç bir maddi təzyiq altında deyillər”, - Qarrou vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
36
2
teleqraf.com

3Mənbələr