AZ

Filarmoniyasının səhnəsində 8 noyabr Zəfər gününə həsr olunmuş konsert keçirilib - FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində 8 noyabr Zəfər gününə həsr olunmuş konsert keçirilib. Öncəliklə professor, akademik Rafael Hüseynov konsertlə bağlı çıxış edərək ətraflı məlumat verib.

Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) və solist - Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov dinləyicilər qarşısında çıxış edib.

Proqramda F.Əmirov "Azərbaycan kapriççiosu", F.Sücəddinov "Qarabağnamə" simfonik balladası (librettosu akademik Rafael Hüseynova məxsusdur), O.Zülfüqarov "Şənlən, mənim xalqım!", ⁠Y.N.Şəfəq "Zəfər valsı", ⁠S.Rəhimova "Zəfər nidası!" simfonik poeması, ⁠Niyazi "Türk marşı" və ⁠C.Quliyev "Əsgər marşı" səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
24
milli.az

1Mənbələr