AZ

Kreml ümidləndi - “Tramp bizim məğlub olmağımızı yox, bunu istəyir”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı Co Bayden administrasiyasından fərqləndirən cəhət qarşıdurma yox, sülhdən danışmasıdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Siqnallar müsbətdir. Tramp seçki kampaniyası zamanı hər şeyi anlaşmalar çərçivəsində vasitəsilə gördüyünü, hamını sülhə aparacaq sövdələşmələr edə biləcəyini söyləmişdi. Ən azı, qarşıdurma və Rusiyaya strateji məğlubiyyət yaşatmaq istəyindən yox, sülhdən danışır. Bu, onu indiki administrasiyadan fərqləndirir”, - Kremlin sözçüsü bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
36
teleqraf.com

1Mənbələr