AZ

"Ağlasığmazdı... Biz axmaqıq... "Qarabağ"a kömək etdik" - "Bude/Qlimt"in kapitanı özündən çıxdı

"Qarabağ" Norveçdə keçirilən Avropa Liqası matçında “Bude/Qlimt” üzərində önəmli qələbə qazanmaqla futbol ictimaiyyətini sevindirdi.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin qələbəsi rəqib üçün soyuq duş effekti verib. Hətta budelilerin kapitanı Patrik Berq uduzduqları matçdan sonra NRK nəşrinə açıqlamasında özlərini axmaq adlandırıb:

"Məğlubiyyət yaxşı hiss deyil. Futbolçu kimi ən məyus axşamımı keçirirəm. Düşünürəm ki, "Qarabağ"a qalib gəlmək üçün daha yaxşı oynamağı bacarmalıydıq. Rəqibimizin gücü bunu tələb edir. Əvvəldən sona qədər açıq oyun getdi. İkinci qolu vura bilməməyimiz ağlasığmazdı. Bu, öz günahımızdı. Beynəlxalq səviyyəli matçlarda bəzən belə nəticələr qeydə alınır. Yenə də oyunumuzda kifayət qədər axmaq olduğumuzu düşünürəm. Bəli, biz axmaqıq. Bəzi epizodlarda istəmədən də olsa, "Qarabağ"a kömək etdik. Problemlər haqda danışmalıyıq".

KƏNAN BAHADIR
Seçilən
41
football-plus.az

1Mənbələr