"Əhmədli dəryadır da. Özü də gözdən uzaq, könüldən iraq. Elə bu saat birmərtəbəli obyektin ikinci mərtəbəsi tikilir. Əvvəl Məhəmməd Hadi küçəsinin qırağı ilə yaşıllıq zolağı vardı. Məhv elədilər. Əgər yaşıllıq məhv olubsa, niyə də 2 mərtəbəli olmasın? Obyektin üstündə ağac əkməyəcək ki? Əvvəl Xətai Rayon İcra Hakimiyyəti vardı. İndi bilmirəm".
Mia.az xəbər verir ki, bu sözləri tanınmış telejurnalist Rasim İsmayılov sosail media hesabında yazıb.
O, daha sonra bildirib ki, Xətai Rayon İcra Hakimiyyəti və bələdiyyəsi ancaq pul yığır: "Onu da dəqiq bilirəm ki, rayon ərazisində onminlərlə mənzildən bələdiyyə pulu yığır. "Ukrayna meydanı"ndan "Əhmədli" metrostansiyasına istiqamət - Məhəmməd Hadi küçəsi...".
Samir Musayev
MİA.AZ