HƏMAS rəhbərliyi Xəlil əl-Həyyanın təşkilatın siyasi bürosunun yeni rəhbəri təyin edilməsi məsələsini nəzərdən keçirir.
Axar.az xəbər verir ki, bu barədə “Əşarq əl-Əvsət” nəşri HƏMAS-dakı mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, HƏMAS lideri Yəhya Sinvarın Qəzza zolağında İsrail qüvvələri tərəfindən öldürülməsindən sonra hərəkata kollektiv şəkildə rəhbərlik edilir.