"Roma" İvan Yuriçi baş məşqçi postundan uzaqlaşdırıb.
90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, paytaxt klubu 49 yaşlı çalışdırıcıya gördüyü işlərə görə təşəkkür edib və ona gələcəkdə uğurlar arzulayıb.
Xorvatiyalı mütəxəssis “Roma”da iki aydan az işləyib – o, sentyabrın ortalarında təyin olunub.
Bu müddət ərzində komanda 12 oyun keçirib və bu oyunda dörd qələbə, üç heç-heçə və beş məğlubiyyət alıb. Yuriçin qovulması "Roma"nın "Bolonya"ya uduzmasından (2:3) sonra baş verib. Romalılar indi A Seriyasının turnir cədvəlində on ikinci yerdədirlər. Komanda növbəti matçını noyabrın 24-də – “Napoli”yə qarşı keçirəcək.