Bugün, Nine Senses İncəsənət Mərkəzindəki ‘Qobustanın Kodu’ sərgisində AzBrand, Azərxalça toxucuları tərəfindən hazırlanmış xüsusi xalçanın təqdimatı baş tutub.
Ajans.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi sərgi insanın mənşəyi və sənətini araşdırmağa dair elmi və mənəvi yanaşmaları birləşdirir.
Qeyd edək ki, xalça, yundan və ipəkdən hazırlanmış, mürəkkəb 3D effekti ilə öz unikallığını nümayiş etdirir.
“Cebheinfo.az”