AZ

ABŞ-də meşə yanğınları nəticəsində 27 milyon insan təhlükə altındadır

ABŞ-də baş verən meşə yanğınları ölkənin şimal-şərqindəki 27 milyon nəfərdən çox sakini təhlükəyə atıb.

“İki sahil” xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. Yanğınların genişlənməsinə güclü külək və təxminən 25-30% nisbi rütubət şərait yaradır. Xüsusilə Nyu-York və Boston şəhərləri ciddi təhlükə altındadır.

Nyu-York Yanğından Mühafizə İdarəsinin məlumatına görə, bu ay ərzində yalnız şəhərdə 100-dən çox yanğın hadisəsi qeydə alınıb.

Aktiv yanğınlar, xüsusilə Nyu-York bölgəsində havanın keyfiyyəti ilə bağlı narahatlıqlara səbəb olur.

Seçilən
36
1
ikisahil.az

3Mənbələr