Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Pravda.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Yakov Milatoviçi Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.
Tarix: 11 Noyabr 2024, 06:48