Bakı. Trend:
Braziliya millisinin üzvü və "Əl-Hilal"ın oyunçusu Neymar ABŞ-atransfer olunmağı planlaşdırır.
Trend xəbər verirki, ona "İnter Mayami" klubu maraq göstərir. Neymarın özü də"Barselona"da olduğu kimi Lionel Messi və Luis Suareslə birgəoynamaq arzusundadır.
Bu məqsədlə Neymar "Əl-Hilal"ı tərk etmək istəyir. Hazırdameneceri Səudiyyə Ərəbistanı klubu ilə bu mövzuda danışıqlaraparır.
Əgər "Əl-Hilal" onun ayrılmasına icazə versə, Neymarın qışda"İnter Mayami"yə transferi mümkün olacaq.