Həbsdə olan ictimai fəal Famil Xəlilov 88 gündür davam edən aclıq aksiyasını dayandırıb.
Xəbəri Penitensiar Xidmətdən “Qafqazinfo”ya təsdiqləyiblər.
Xatırladaq ki, F.Xəlilov qanunsuz narkotik dövriyyəsində ittiham edilir. Bakı Ağır Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan fəal avqustun 15-dən aclıq edirdi.