İranın Sistan və Bəlucistan əyalətində silahlı hücum nəticəsində İnqilab Keşikçiləri Qvradiyasının (Sepah) “Bəsic” yarımkönüllü silahlı dəstəsinin beş üzvü ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" İRNA-ya istinadən xəbər verir ki, bu barədə Sepahın yaydığı açıqlamada bildirilib.
Açıqlamaya əsasən, hadisə əyalətin Saravan şəhərinin Sirkan rayonunda baş verib.
Vurğulanıb ki, noyabrın 8-də “Ceyşül Ədl” silahlı qruplaşmasının hücumu nəticəsində yaralanmış, Sepahın mayoru Səid Pərvinnejad noyabrın 10-da gecə saatlarında ölüb.
O, Sistan və Bəlucistan əyalətinin Rasak şəhərinin Firuzabad rayonunda silahlı qruplaşma ilə toqquşma nəticəsində yaralanmışdı.