AZ

İranda Sepahın "Bəsic" qüvvələrinin beş üzvü və yaralı mayoru ölüb

İranın Sistan və Bəlucistan əyalətində silahlı hücum nəticəsində İnqilab Keşikçiləri Qvradiyasının (Sepah) “Bəsic” yarımkönüllü silahlı dəstəsinin beş üzvü ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" İRNA-ya istinadən xəbər verir ki, bu barədə Sepahın yaydığı açıqlamada bildirilib.

Açıqlamaya əsasən, hadisə əyalətin Saravan şəhərinin Sirkan rayonunda baş verib.

Vurğulanıb ki, noyabrın 8-də “Ceyşül Ədl” silahlı qruplaşmasının hücumu nəticəsində yaralanmış, Sepahın mayoru Səid Pərvinnejad noyabrın 10-da gecə saatlarında ölüb.

O, Sistan və Bəlucistan əyalətinin Rasak şəhərinin Firuzabad rayonunda silahlı qruplaşma ilə toqquşma nəticəsində yaralanmışdı.

Seçilən
44
3
operativmm.az

4Mənbələr