AZ

Klub rəsmisindən sərt açıqlama: “Hakimin əxlaqı yoxdur!”

“Beşiktaş”ın İdarə Heyətinin üzvü Mete Vardar Super Liqanın XIII turunun “Başakşəhər”lə oyunundan sonra açıqlama verib.

Futbolpress.az xəbər verir ki, funksioner 0:0 hesabıyla bitən matçın baş hakimi Turqut Domanı sərt tənqid edib:

“Bu hakimin əxlaqı yoxdur! Futbolda nələr baş verir? Bu sistemdən kim xoşbəxt ola bilər? Çempion olan komanda da razı deyil. İstədikləri klubu qalib edir, istədiklərini uduzdururlasr. Hakim qərarlarıyla qələbə qazanan klubun rəsmisi olmaq istəmərəm. “Beşiktaş”ı belə bezdirə bilməzlər. Biz məğlub olanda da böyüyən komandayıq”.

“Beşiktaş” 11 oyundan sonra 21 xalla 5-ci sıradadır.

Seçilən
36
futbolpress.az

1Mənbələr