"İqlim fəlakətləri ilə mübarizə aparan dövlətləri maliyyə qədər bu problemin zərərli təsirlərindən qurtulmaq düşündürür".
APA xəbər verir ki, bu fikirlər COP29 çərçivəsində keçirilən "USCAN: "Yerli xalqların İqlim Sammitinə baxışı" adlı mətbuat konfransında səslənib:
"Bu gün onlar dünyanın bir nöqtəsində münaqişənin nə zaman bitəcəyini deyil, iqlim dəyişikliyindən xilas olmanın yollarını düşünürlər. Hesab edirəm ki, insanlar iqlim maliyyəsinin COP29 çərçivəsində müəyyənləşdirilməli olan məbləğindən xəbərdar olmalıdırlar".
O da qeyd edilib ki, COP29 tərəflərin tutarlı maliyyə mexanizmlərinin tapılmasına istiqamətlənməsi üçün ən optimal platformadır:
"İqlim dəyişikliyi probleminin həlli üzrə təklif olunan üsullar, eləcə də maliyyə mexanizmləri hər bir dövlət, planetin bütün əhalisi üçün əlçatan olmalıdır. İnanıram ki, tərəflər COP29 çərçivəsində ən optimal maliyyə alətlərinin tapılmasına istiqamətlənəcək. Bu, elə bir məsələdir ki, hər bir dövlət siyasi ambisiyaları bir müddətlik də olsa kənara qoyub həll prosesinə köklənməlidir. Çünki dünyanın siyasi nizamı ölkələr arasında əlaqələrin səviyyəsindən asılı olduğu kimi, bəşəriyyətin təhlükəsizliyi də məhz bu amildən asılıdır. İqlim maliyyəsindən danışarkən, trilyonlarla dollardan bəhs olunur. Bu istiqamət "İqlim fəlakətləri ilə mübarizə aparan dövlətləri yalnız bundan qurtulmaq düşündürür. Bu gün onlar dünyanın bir nöqtəsində münaqişənin nə zaman bitəcəyini deyil, iqlim dəyişikliyindən xilas olmanın yollarını düşünürlər. Hesab edirəm ki, insanlar iqlim maliyyəsinin COP29 çərçivəsində müəyyənləşdirilməli olan məbləğindən xəbərdar olmalıdır. Biz iqlim dəyişikliyi ilə mübarizədən danışarkən, gələcək nəsilləri nəzərə almalıyıq. Bu gün burada başlayacaq danışıqlar mütləq nəticə verməlidir. Dünyada həlli mümkün olmayan məsələ yoxdur. Əsas bu həllə istiqamətlənib, doğru variantı seçməkdir. Dünyanın gələcəyini düşünmək hər birimizin məsuliyyətidir ".
Konfransın sonunda jurnalistlərin sualları cavablandırılıb.