“Kanslerin Almaniyadakı siyasi vəziyyəti səbəb göstərib Bakıya gəlməməsi bəhanədir. Hazırda bu ölkədə hansı siyasi təlatüm baş verir ki, kansler ölkəsini tərk edə bilmir? Məncə, bəzi Avropa dövlətləri Azərbaycana olan qısqanclığı nümayiş etdirirlər. Xüsusən də dövlət başçısı Zəfər Günü xalqa müraciətində bəzi Qərb dövlətlərinin Ermənistana himayədarlıq etdiyini və yeni müharibəyə etdiyini bildirmişdi. Ona görə də ermənipərəst dairələr proses aparırlar”.
Bu fikirləri Tribunainfo.az-a hüquq müdafiəçisi Xəzər Teyyublu deyib. Onun sözlərinə görə, alman kansleri Olaf Şoltsun Azərbaycan Prezidentinə zəng etməsi təqdirəlayiq haldır, üzrxahlıq jestidir, lakin Almaniyadakı siyasi vəziyyətə görə hələ bilmədiyini deməsi anlaşılmazdır: “Oxşar bəyanat Avropa Komissiyasından gəlmişdi. Axı Almaniyada hansı hadisələr var ki, xəbərimiz yoxdur?! Görünür ki, bəzi Avropa ölkələri Azərbaycanın Qarabağ qələbəsini həzm edə bilmirlər. Biz torpaqları azad etdikdən sonra da təhlükəsizliyi yüksək səviyyədə təmin etmişik və COP29 kimi mötəbər konfransa ev sahibliyi edirik”.
Qeyd edək ki, noyabrın 9-da Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Kansler Olaf Şoltz Almaniyada yaranmış siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini təəssüflə qeyd edib.
Roman