Texnobloger Fərid Pərdəşünas Xəzər dənizi sahilində peyda olan məlum canlı barəsində sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Musavat.com bildirir ki, texnobloger həmin canlının maket olduğunu iddia edib:
"Xəzər dənizi sahilində peyda olan bu balina iqlim dəyişikliklərinə diqqət çəkmək üçün "Captain Boomer" əsəridir. Dünyanın bir çox şəhərində bu formada zaman-zaman peyda olur. Maketdir".
Texnobloger müxtəlif ölkələrdə bununla bağlı yayılan fotoları da təqdim edib.
Xalidə Gəray
Musavat.com