Dünən Xəzər dənizi sahilində - bulvar ərazisində peyda olan nəhəng canlı qısa müddətdə sosial şəbəkələrdə viral olub.
“AzPolitika” xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov onun fotosunu çəkərək paylaşıb və daha sonra sosial şəbəkələrdə minlərlə dəfə paylaşılıb.
Qeyd edək ki, sözügedən “balina” əslində canlı deyil, iqlim dəyişikliklərinə diqqət çəkmək üçün "Captain Boomer" əsəridir - maketdir. Dünyanın bir çox şəhərində bu formada zaman-zaman peyda olur. COP29 günlərində maketin Bakıda sərgilənməsi konfrans iştirkaçılarının diqqətini iqlim dəyişikliklərinin fəsadlarına çəkmək məqsədi daşıyır.
“AzPolitika.info”