Bakı. Trend:
Bakıda keçirilən COP29 konfransının Yaşıl Zonadakı tədbirlərinəstart verilib.
Trend xəbərverir ki, tədbirdə “The Extreme Hangout” təşkilatının nümayəndəsiCatherine Batley bildirib ki, Azərbaycanda COP29 üçün “ExtremeHangout” (EXH@COP29) Yaşıl Zonanın rəsmi hissəsidir və dünyayaiqlim böhranı ilə mübarizədə sadiq olduqlarını göstərmək istəyəntəşkilatlar üçün bir sıra maraqlı tərəfdaşlıq imkanları təqdimedir.
“The Extreme Hangout” yeni tərəfdaşlar və məruzəçilərləəməkdaşlıq quraraq gənc novatorlara real, davamlı həll yollarıtəklif etmək və qlobal iqlim gündəmini formalaşdırmaq üçün imkanlaryaratmağı məqsəd qoyur”, - deyə təşkilatın nümayəndəsivurğulayıb.
Qeyd edək ki, COP29 çərçivəsində “The Extreme Hangout” gənclərinrəhbərlik etdiyi iqlim fəaliyyətləri üçün dinamik mühityaradacaq.
Noyabrın 11-dən 22-dək COP29 Yaşıl Zonada keçiriləcək seminar vəsessiyalarda regionda su qıtlığı və bərpaolunan enerji sahəsindəinnovasiyalar kimi spesifik iqlim problemləri müzakirə ediləcək.Nəzərdən keçiriləcək əsas mövzulara təbiət və biomüxtəliflik, okeanekosisteminin qorunması, sərvət, fərd və cəmiyyət fəaliyyətiningücləndirilməsi, dayanıqlı gələcək, narrativin dəyişdirilməsi vəbəşəriyyətə sahib çıxılması daxildir.