AZ

COP29 başladı- Nələr gözlənilir?

Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işinə başlayır.Artıq dünəndən etibarən tədbirə qatılacaq fəxri qonaqlar paytaxtımıza gəlməyə başlayıb.

News365.az xəbər verir ki, COP29-a dünyanın 5 qitəsindən 80 mindən artıq insanın qatılacağı gözlənilir. Ən əsası mötəbər tədbirdə 80-dən artıq dövlət və hökümət başçısı iştirak edəcək.

COP nə deməkdir?

Bu vaxtadək 28 COP tədbiri keçirilib, ancaq onlardan yalnız 4-ü tarixdə qalıb. Məhz 4 tədbirdə dünyanın diqqətini cəlb edən qərarlar qəbul edilib. Bunlardan birincisi Kioto protokolu 11 dekabr 1997-ci ildə Yaponiyanın eyni adlı şəhərində imzalanıb. Protokola əsasən Çəeçivə Konvensiyasına qoşulan ölkələr qlobal istiləşmənin baş verdiyi və insan tərəfindən törədilən CO2 emissiyalarının buna təkan verdiyinə dair elmi konsensusa əsaslanaraq, istixana qazları emissiyalarını azaltmağı öhdəsinə götürdü. Beləcə, bu protokolun tarixə düşməsi ilə Kiyoto şəhəri də bütün sənədlərdə əks olundu, dünyada daha yaxından tanındı. Bundan sonra 8 dekabr 2012-ci il tarixində Qətərin paytaxtı Dohada Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair Kioto Protokolu qəbul edildi.  Doha Düzəlişi 2013-cü ildən başlayaraq 2020-ci ilə qədər davam edən ikinci öhdəlik müddəti üçün qəbul edildi. Bu düzəliş də iqlim dəyişikliklərinə qarşı mübarizədə dünya ölkələri qarşısında yeni vəzifələr müəyyən etdi. Ona görə də Dohada keçirilən COP tədbiri də tarixdə qaldı. Üçüncü ən böyük hadisə isə 2015-ci ildə Parisdə baş verdi. Növbəti COP tədbirinə toplaşan dövlətlər Paris sazişi —  2020-ci ildən atmosferdəki karbon dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən bir razılaşmaya imza atdılar. Sazişin də mahiyyəti o idi ki, ətraf mühitə təsirlərin qiymətləndirilməsində və onların aradan qaldırılmasına yönəlik maliyyə rıçaqlarının müəyyən edilməsi idi. Çərçivə Konvensiyası tarixində dördüncü mühüm hadisə isə Şotlandiyanın Qlazqo şəhərində baş verdi. O zaman COP26 Beynəlxalq İqlim sammitinin iştirakçıları yekun sənədi imzaladılar.

Sazişin məqsədi 2030-cu ilə qədər atmosferə istixana qazı tullantılarını maksimal dərəcədə azaltmaqdır.Bunun üçün üzv dövlətlər daş kömürdən imtina etməli idi. Maraqlıdır ki, o zaman yalnız Hindistan bu paktın əleyhinə çıxdı”.

COP29 tarixdə necə qala bilər?

Ümid edirik ki, COP29 da hansısa qərarla, paktla və yaxud protokolla tarixə düşəcək. Əslində bunun üçün kifayət qədər əsas var. Əsassa ondan ibarətdir ki,  bütün Konvensiya üzvləri yaşıl enerjiyə keçidi bəyan etsin. Və bununla bağlı hər bir üzv dövlət üzərinə müəyyən öhdəlik götürsün. Beləcə, Bakı COP tədbirləri çərçivəsində tarixə düşəcək 5-ci hadisə ola bilər. Bunun da həm ölkəmiz, həm də cəmiyyətimiz üçün çox böyük siyasi-iqtisadi və mənəvi əhəmiyyəti var.

Nəzərə alaq ki, Dubayda keçirilən COP28 tədbirindən sonra dünya ölkələri iqlim dəyişikliyi ilə mübarizəyə 50 milyarda dollar civarında vəsait ayırdı. Gözlənilən odur ki, COP29-dan sonra bu rəqəm ən azı 2 dəfə artsın. Çünki, Bakıda keçirilən tədbirdə təkcə söz yox, həm də ortaya konkret faktlar qoyulacaq. Tək bir faktı deyək ki, Azərbaycanda günəş enerjisi istehsalı bu ilin yanvar-avqust aylarında 9 dəfə artaraq 424.5 milyon kilovatsaata çatıb. Bundan başqa Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27 min Mvt dəyərləndirilir. Bu da onu göstərir ki, Azərbaycan yaşıl enerjinin istehsalı və ixracı istiqamətində dünya ölkələrinə yeni imkanlar təqdim edəcək. Bununla da COP tarixinə Azərbaycan öz çağırışı ilə düşəcək. Əminliklə demək olar ki, məhz yaşıl enerjiyə keçidlə bağlı Bakı paktı, Bakı sazişi imzalanacaq. Bununla da Bakı qlobal iqlim dəyişikliyinə verdiyi nəhəng töhfəsi ilə onilliklər boyu tarixdə qeyd ediləcək, xatırlanacaq”.

Yaşıl enerjiyə yatırılacaq milyardlar

Çərçivə Konvensiyasının üzv dövlətləri Bakı sammitindən sonra ənənəvi enerjidən imtina edərək alternative enerji istehsalına keçid üçün çox böyük həcmdə investisiya yatıracaqlar.

Bakıya gələn bütün qonaqlar yaşıl enerjiyə keçidin Azərbaycan formulunu öyrənəcək və öz ölkələrində onun tətbiqinə çalışacaqlar. Belə olacağı təqdirdə COP29-dan sonra iqlim dəyişikliyi ilə mübarizəyə dünya ölkələrinin yönəltdikləri vəsait 10 yox, 100 milyardlarla hesablanacaq. Bu da COP29-un sivilizasiyaya verəcəyi ən böyük töhfə olacaq.

News365.az

 

 

 

Seçilən
23
news365.az

1Mənbələr