Bakı.Trend:
“Təmiz Şəhər” ASC tullantıların idarə olunması sənayesinidayanıqlı və yaşıl iqtisadiyyata doğru aparmaq resurslardanistifadənin optimallaşdırılmasına, ətraf mühitə mənfi təsirlərinazaldılmasına və ictimaiyyətin proseslərə aktiv cəlb olunmasına(məsuliyyəti sahiblənməsinə) nail olmaqdır.
Trend xəbər verir ki, bunuMilli QHT Forumu Pavilyonu COP29-da keçirilən Azərbaycanın ekolojiməsələlərinin həllində dövlət-özəl sektor tərəfdaşlığı panelində"Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri OrxanCabbarov deyib.
O bildirib ki, missiyamız daha təmiz və dayanıqlı gələcəyə nailolmaq üçün yüksək texnologiyaların tətbiqindən, əməkdaşlıqlardan vəictimaiyyətin iştirakından faydalanaraq tullantıların innovativ vəsəmərəli idarə edilməsini həyata keçirməkdir:
“Hazırda Bərk Məişət Tullantılarının Yandırılması ZavoduBalaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunan vəİllik gücü 500 min ton məişət tullantısı, o cümlədən, 10 min tontibbi tullantı təşkil edən zavodun idarəetməsi hazırda "PAPRECEnerji Azərbaycan" şirkəti tərəfindən həyata keçirilir.
2023-cü ilin məlumatına əsasən, zavod tullantıların yandırılmasıprosesi nəticəsində il ərzində 231 milyon kvt/saata qədər elektrikenerjisi hasil etmək gücünə malikdir və il ərzində burada əldəedilən enerji ilə 100 min ev təsərrüfatını elektrik enerjisi ilətam təmin etmək mümkündür. İllik 500 min ton bərk məişət tullantısıBakı şəhəri üzrə qəbul edilmiş tullantıların təxminən 58%-ideməkdir”.
"Balaxanı Sanitar Poliqonu 26 xüsusi tullantı hücrəsindən ibarətSanitar Poliqon 20 iI müddətində 10 min ton tullantı qəbul etməkgücünə malikdir. Sanitar Poliqonda tullantılardan əmələ gəlmişçirkab sularının ilkin təmizlənməsi üçün tutumları müvafiq olaraq1500 və 400 kub metr olan 2 hovuz tikilib.
Toplanan çirkab sularının təmizlənməsi məqsədilə gündəlikistismar gücü 80 kubmetr olan xüsusi təmizləyici qurğuquraşdırılıb.
Tullantılarda yaranan bioqazların toplanması və enerjiyəçevrilməsi məqsədilə 2MVt gücündə vahid istilik və enerji qurğusuyerləşdirilib”, - deyə o qeyd edib.