AZ

Borrel Kiyevdəki bomba sığınacağından foto yaydı

Avropa diplomatiyasının rəhbəri Josep Borrel Kiyevdə hava hücumu xəbərdarlığı səbəbindən bazar ertəsi səhəri sığınacaqda keçirməyə məcbur olub. Gazeta-nın yaydığı məlumata görə, siyasətçi bununla bağlı fotonu X sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

“Rusiya növbəti raket zərbəsi endirərkən Kiyevdə gizləndim və günə belə başlayıram”, - Borrel foto ilə birlikdə yazıb.

Avropa diplomatiyasının rəhbəri Josep Borrel Respublikaçı Donald Trampın ABŞ seçkilərində qələbəsindən sonra Ukraynanı Aİ-nin dəstəyinin davam edəcəyinə əmin etmək üçün həftə sonu Kiyevə səfər edib. O xatırladıb ki, Aİ münaqişənin əvvəlindən Ukraynanı dəstəkləyib və siyasətçi indi də eyni mesajla gəlib. Borrel bildirib ki, Avropa lazım olduğu müddətdə Kiyevi dəstəkləyəcək.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Seçilən
22
news365.az

1Mənbələr