Bakı. Trend:
COP29 ümid Sammitidir.
Trend xəbər verir ki, bunu“War on Want” təşkilatının direktoru, britaniyalı fəal Asad Rehman"İqlim ədaləti uğrunda qlobal kampaniya" mövzusunda panelmüzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, insan hüquqlarının və ədalətin təminedilməsi bərabərlik və hörmətə əsaslanan cəmiyyətin inkişafı üçünvacibdir.
“Biz burada ümid və ədalətə sadiq qalaraq, bir araya gəlmişik vəbu mesajların bütün dünyada eşidilməsini istəyirik. Biz görürük ki,müasir çağırışlar – ədalət axtarışı, insan hüquqlarının və qanununaliliyinin qorunması kimi əsas dəyərlər bütün xalqlar üçün hələ dəən vacib təməl prinsiplərdir. BMT və Beynəlxalq məhkəmələrtərəfindən tanınan beynəlxalq hüquq bizi qlobal sülh, insanhüquqları və cavabdehlik üçün fəaliyyətə çağırır. Bu prinsiplərbizi birləşdirən universal dəyərlərdir və daha yaxşı gələcək üçünmeyar rolunu oynayır”, – o bildirib.
"Biz sülh və əməkdaşlıq səylərini dəstəkləyirik. Qlobal vətəndaşcəmiyyətinin nailiyyətləri və müxtəlif ölkələrin insan hüquqlarınınmüdafiəsinə verdiyi töhfə birgə hədəflər uğrunda birləşəndə əldəedilən tərəqqini nümayiş etdirir. Biz bilirik ki, BMT kimibeynəlxalq institutlar bu prinsipləri qorumaq üçün yaradılıb vəonları dəstəkləməkdə qərarlıyıq. Bu COP sammiti ümid sammitidir. O,ölkələr və xalqlar üçün iqlim ədaləti və sülhə nail olmaqistiqamətində səyləri birləşdirmək üçün bir fürsətdir. Sammitqlobal çağırışların öhdəsindən gəlməkdə həmrəylik və əməkdaşlığınvacibliyini əks etdirir", – A.Rehman əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bugündən Azərbaycanda start götürür. Bununla bağlı qərar ötən ildekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.