AZ

Estoniyada Azərbaycan məktəbində Zəfər və Bayraq günləri QEYD OLUNDU

Bu gün Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib.

Tədbir həmçinin Azərbaycan Respublikasının Estoniyadakı Səfirliyinin dəstəyi ilə baş tutub.

Tədbirin başlangicinda məktəbin rəhbəri Sənəm Əliyeva şagirdlər Yeganə Nəbiyevanın şagirdlərlə birlikdə hazırladığı bədii hissə təqdim olunub. Daha sonra müəllim, şagird və valideynlər birlikdə Zəfər gününə həsr olunmuş videoçarxlar izləyib.

Bu kimi tədbirlər Vətəndən uzaqda doğulub böyüyən azərbaycanlı uşaqların tarixi vətənə, dilinə və mədəniyyətinə olan bağlılığı dəstəkləyir.

Azərbaycan Həftəsonu Məktəbi Estoniya Elm və Təhsil nazirliyi tərəfindən dəstəklənir və Tallinn Universitetinin binasında fəaliyyət göstərir

Seçilən
29
6
interpress.az

7Mənbələr