"Qol epizodlarından istifadə edə bilmədik. İlk hissədə, əsasən də, startdakı 10 dəqiqədə çoxsaylı fürsətləri boşa verdik".
Bu sözləri apasport.az saytına açıqlamasında Murad Məmmədov deyib.
"Neftçi"nin gənc futbolçusu "Şamaxı" ilə matçı dəyərləndirib: "Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. Lakin biz daha çox hücumda olan, üstün tərəf idik. Rəqibi daim təzyiq altında saxladıq. Hər oyuna qələbə üçün çıxırıq. Bundan sonrakı matçlara da eyni yanaşacağıq. Qol vurduğum üçün xoşbəxtəm. Hər bir gəncin xəyalıdır ki, yetirməsi olduğu klubda fərqlənsin".
O, komandada hansısa problemin yaşanmadığını bildirib: "Hər şey yaxşı olacaq. Bizə sadəcə vaxt lazımdır. Komandada ab-hava, atmosfer əladır. Hamı bir-birilə çox yaxşı anlaşır. Müəyyən müddət keçdikdən sonra oyunumuzla bunu sübut edəcəyik".
Qeyd edək ki, Misli Premyer Liqasının XIII turunun "Neftçi" - "Şamaxı" matçı 2:2 hesablı bərabərliklə nəticələnib.
İsmayıl Xeyrullayev
“Araz-Naxçıvan” rekordunu təkrarlayıb
Avropa kubokunda 2 medal
Qurban Qurbanov: “Oyundan məmnun deyildim”
Millimizin heyətində dəyişiklik edilib
Rəşad Sadıqov: “Bununla bağlı toplantılar keçiririk”