11 noyabr 2024-cü il tarixdə Türk dövlətləri təşkilatına üzv dövlətlər tərəfindən "Gələcəyə nəfəs ol" devizi altında keçirilən ağacəkmə aksiyası çərçivəsində bütün respublika ərazisində olduğu kimi 3 saylı RMTM-nin Şirvan meşəbəyliyinin 1 saylı meşə dolayının 1 ci kvartalında, Hacıqabul rayonunun Meyniman kəndində 3 ha sahədə meliya və iydə cinslərindən olmaqla 7500 ədəd ting əkilib.
Dövlət əhəmiyyətli tədbirdə Meşələrinin inkişafı Xidmətinin rəhbərliyi, Hacıqabul rayonunun İcra Hakimiyyətinin rəhbərliyi, bələdiyyələr, İcra nümayəndəlikləri, 3 saylı RETSİ-nin əməkdaşları, 3 saylı RMTM-nin əməkdaşları və kənd sakinləri iştirak etmişdir (ümumilikdə 87 nəfər).
Ekologiya.az aksiyada çəkilən fotoları təqdim edir: